
Macarıstan Mərkəzi Bankı Özbəkistanın ödəniş sistemlərinin təcrübəsini öyrənir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistan Mərkəzi Bankının mətbuat xidməti məlumat yayıb.
Belə ki, Mərkəzi Bankda Macarıstan Mərkəzi Bankının nümayəndə heyətinin nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı maliyyə inklüzivliyi, kibertəhlükəsizlik, innovativ ödəniş həlləri, özəl sektorun iştirakı ilə həyata keçirilən layihələr müzakirə edilib.
Qonaqlar bir sıra yerli bank və ödəniş təşkilatlarında da olub, onların fəaliyyəti ilə yaxından tanış olublar.
Süleyman