Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəmkirdə ağır yol qəzası, 7 nəfər ölüb

Şəmkirdə ağır yol qəzası, 7 nəfər ölüb


Şəmkirdə ağır yol qəzası baş verib.

Newscenter.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş