
Sumqayıtda 57 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb.
Newscenter.az xəbər verir ki, “Report”un yerli bürosunun məlumata görə, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu şəhərin 4-cü mikrorayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin üçüncü mərtəbəsindən yıxılıb.
İlkin ehtimallara əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.
Ağır xəsarətlər alan R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.