Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Hava Yolları 7 ayda 51,2 milyon sərnişin daşıyıb

Türk Hava Yolları 7 ayda 51,2 milyon sərnişin daşıyıb


Türk Hava Yollarının sərnişin sayı bu ilin yanvar-iyul dövründə keçən ilin eyni dövrünə görə 4,7 faiz artaraq 51,2 milyona çatıb.

Newscenter.az bu barədə şirkət özü açıqlama verib. Türk Hava Yollarının (THY) 2025-ci ilin yanvar-iyul ayları üzrə konsolidasiya edilmiş trafik nəticələrinə görə, ötən ilin yanvar-iyul dövründə 18 milyon olan beynəlxalq transfer sərnişin sayı bu ilin eyni dövründə 9 faiz artaraq 19,6 milyona çatıb.

Bu dövrdə sərnişindaşıma əmsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz bəndi aşaraq 82,1 faiz, beynəlxalq yükdaşıma əmsalı 81,7 faiz, ölkədaxili yükləmə əmsalı isə 85,6 faiz təşkil edib.

Ötən ilin yanvar-iyul dövründə 145,1 milyard olan şirkətin ümumi mövcud oturacaq kilometrləri (ASK) bu ilin eyni dövründə 6,1 faiz artaraq 153,9 milyarda çatıb.

2024-cü ilin yanvar-iyul aylarında daşınan yük və poçtun həcmi bu ilin eyni dövründəki 1,16 milyon tona nisbətən 4,4 faiz artaraq 1,21 milyon tona çatıb. İyulun sonunda şirkətin donanmasının sayı 491 təyyarə olub.

Anar Əliyev
Xəbəri paylaş