
Avqustun 8-nə Azərbaycan və Ermənistanın hökumət başçıları Ağ Evə dəvət alıblar.Görüş zamanı ələ alınacaq məsələlər BƏƏ paytaxtı Abu-Dabidə baş tutan görüş zamanı əldə olunan razılaşmaların yekunu ilə bağlı olaraq da qeyd etmək olar. Əlbətdə bu görüş haqqında istər Ermənistanda,istər Azərbaycanda, istərsə də ABŞ-da hər kəs nikbin görünür. Görüşün xüsusi detalları haqqında açıqlama verilmir.Amma, yekun sülh sazişinin imzalanması gündəmdədir.ABŞ prezidenti Trampın hər iki ölkə lideri ilə ayrı-ayrılıqda görüşü nəzərdə tutulub.Bu da o anlama gəlir ki, hələ də bəzi detalların ələ alınmasına ehtiyac var və ehtimal etmək olar ki,bunlar Azərbaycanın irəli sürdüyü iki şərtlə bağlı olan məsələlərdir və ABŞ-ın nikbinliyinin səbəbi də məqbul variantın artıq əldə olması ilə bağlı ola bilər.Yəni Ermənistan tərəfi, danışıqlar prosesində ölkəmiz tərəfindən irəli sürülən şərtlərə, yaxın gələcəkdə əməl olunması məqsədilə,Ermənistan dövləti adından sənəd qəbul edə bilər və bu sənəd ABŞ tərəfindən də dəstək alaraq, iki ölkə arasında yekun sülh sazişinin imzalanmasının önündə olan maneələri aradan qaldıracaq və ehtimal etmək olar ki, Ermənistan tərəfindən qəbul ediləcək bu sənədin ardından yekun sülh sazişinin imzalansına hazırlıq işlərinə başlanılacaq. Əlbətdə ki,bu görüş zamanı Zəngəzur dəhlizi layihəsinin reallaşması ilə bağlı məsələlər də ələ alınacaq və düşünürəm ki bu lahiyə ABŞ-ın marağında olduğunu nəzərə alsaq, Zəngəzur dəhlizi öz həllini tezliklə tapacaq, kimi görünür.
Çingiz Şahbazi, siyasi ekspert