Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton görüşü Tramp üçün müsbət dividentlər deməkdir

Vaşinqton görüşü Tramp üçün müsbət dividentlər deməkdir


"Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə əlaqəli sülhöncəsi istək memorandumunun imzalanması bir növ sülhün artıq bərqərar olması anlamına gəlir. Ağ Evdə Trampın himayəçiliyi və təşkilatçılığı ilə bir neçə məsələyə aydınlıq gətirilməsi tarixi an olmaqla yanaşı Tramp üçün müsbət dividentlər deməkdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, Azərbaycan bu sənədlərə imza atacaqsa, deməli, bu sənədlər Azərbaycanın milli maraqlarına uyğundur:

"Bu, Cənubi Qafqazın tək geosiyasi yox, geoiqtisadi arxitekturasının yeni formada şəkillənməsinə səbəb olacaq. Region ölkələrinin, xüsusən də, İranın maraqlarına uyğundur. Çünki Tehran Azərbaycan ərazisindən İrana, ordan da Naxçıvana çəkilən yol ilə bu beynəlxalq layihəyə qoşularaq Qərbi Avropaya kimi getmək şansı əldə edəcək. Ermənistan ərazinin çətin relyefi ilə Gürcüstan ərazisindən Qara dənizlə Avropaya çıxışdan qurtulacaq".

Azər Qasımov hesab edir ki, Rusiya bu marşruta mane olmayacaq:

"Ukrayna danışıqlarında müəyyən irəliləyişlər əldə edilsə, Rusiya da bu marşruta qoşula biləcək. Çünki Avropa ilə əlaqələri bərpa etmək lazım gələcək. Azərbaycan və Ermənistan bu layihənin geosiyasi yox, geoiqtisadi tərəfini qabartmaqla region ölkələrinin də fikirlərini müsbətə doğru dəyişə bilərlər".

Süleyman
Xəbəri paylaş