
"1992-ci ilin martında yaradıldı, guya regiona sülh gətirəcəkdi. 30 ildən artıq müddətdə yüzlərlə görüş keçirildi, saysız bəyanatlar verildi. Amma torpaqları azad edən nə ATƏT, nə də Minsk Qrupu oldu. Hər şeyi Azərbaycan özü həll etdi".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov ATƏT-in Minsk qrupunun ləğvinə münasibət biuldirərkən səsləndirib. O deyib ki, ATƏT-in illik büdcəsi ən azı 300–340 milyon avro olub və 57 üzv ölkənin ödənişləri ilə maliyyələşdirilib:
"Məsələn, 2020-ci ildə 343,2 milyon avro toplanmışdı. Bu büdcənin təxminən 55 %-i sahə missiyalarına yönəlib. Yəni, 33 il ərzində yüz milyonlarla avro bu nəticəsiz “teatr”a sərf olunub: hotellər, ezamiyyətlər, maaşlar, protokol xərcləri.
Odur ki, bu günki qərar, 30 illik böyük xərclərin sıfır effektlə nəticələnən teatrının bağlanmasının rəsmi aktıdır".
Anar Əliyev