Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan TDT-nin "yaşıl" innovasiyada rolu" mövzusunda keçirilən panel müzakirədə təmsil olunub

Azərbaycan TDT-nin "yaşıl" innovasiyada rolu" mövzusunda keçirilən panel müzakirədə təmsil olunub




Türkiyənin İstanbul şəhərində "Cleantech Days 2025" forumu çərçivəsində "Regional əməkdaşlıq vasitəsilə "yaşıl" innovasiyaların gücləndirilməsi: Türk Dövlətləri Təşkilatının rolu" mövzusunda panel müzakirə keçirilib.

Newscenter.az-ın məlumatına görə, "Report" Türk Dövlətləri Təşkilatının (TDT) mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) sədr müavini Rəşad Xalıqov təmsil edib.

Tədbir Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) tərəfindən TDT ilə əməkdaşlıq çərçivəsində təşkil edilib və ətraf mühitə uyğun texnologiyaların inkişafı, sahibkarlığa dəstək və "yaşıl" iqtisadiyyatın təşviqi ilə bağlı fikir mübadiləsi aparmaq üçün dünyanın müxtəlif ölkələrindən aparıcı siyasətçiləri, innovatorları və ekspertləri bir araya gətirib.

Müzakirələrdə, həmçinin TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, UNIDO-nun baş direktorunun müavini Tszou Tsıyun, TÜBİTAK TEYDEB-in prezidenti Mehmet Aslan, Türkiyə Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə baş direktoru Aylin Sekizkök, Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Nurlan Kurmalayev və Özbəkistanın İnnovativ İnkişaf Agentliyinin direktorunun müşaviri Timur Azamov iştirak ediblər.

Müzakirələr zamanı sahibkarlıq ekosistemlərinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və inklüziv enerji keçidinin təşviqinə xüsusi diqqət yetirilib. Panel iştirakçıları bərpa olunan enerji layihələri, innovativ texnologiyaların inkişafı və ekoloji dayanıqlılığın təmin edilməsi sahəsində regional əməkdaşlıq imkanlarını vurğulayıblar.
Xəbəri paylaş