
30 yaşdan yuxarı tələbələr də İstanbulda endirimli nəqliyyatdan yararlana biləcəklər.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, AK Partiya İstanbul şöbəsinin sədri Abdullah Özdemir bu barədə məlumat verib. O, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) 11 iyul 2024-cü ildə tələbələr üçün İstanbulkart endirimlərini 30-dan 10 faizə endirmək qərarının AK Partiyanın məhkəmə çəkişməsi ilə ləğv edildiyini bildirib.
Özdemir sosyal hesabında verdiyi açıqlamada bunları qeyd edib:
"Əziz istanbullular, İBB rəhbərliyinin qəsb etdiyi tələbələrin güzəştli ictimai nəqliyyat hüququnu hüquqi mübarizəmizlə yenidən əldə etdik. Bu gündən etibarən 30 yaşdan yuxarı tələbələr də güzəştli nəqliyyatdan yararlana bilər. AK Partiya var olduqca, millətimizin yoluna qoyulan heç bir maneə daimi olmayacaq. Qanuni qərarlarımıza qarşı mübarizə aparan AK Partiya Məclisi üzvlərinə təşəkkür edirəm. Düşüncələrimiz, baxışımız, mübarizəmiz və səylərimiz hər zaman istanbulluların rifahının xeyrinə olacaq”.
Anar Əliyev