
20-21 noyabr 2025-ci il tarixlərində Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər və müşahidəçi dövlətlər arasında terrorizm, separatizm və ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq üzrə XI Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb.
Konfransın məqsədlərinə ŞƏT ölkələri arasında etimad və əməkdaşlığı gücləndirmək, müşahidəçi dövlətlərlə koordinasiyanı yaxşılaşdırmaq, ŞƏT-in beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmək, terrorizm, separatizm və ekstremizmlə mübarizə mexanizmlərindəki boşluqları aradan qaldırmaq, milli, regional və beynəlxalq səviyyələrdə səyləri birləşdirmək daxildir.
Plenar iclasda yüksək səviyyəli məruzəçilər, o cümlədən müvafiq beynəlxalq strukturların rəhbərləri çıxış edəcəklər.
Süleyman