
"Cənubi Qafqazda gedən geosiyasi proseslərdən Gürcüstan kənarda qalıb".
Newscenter.az xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Orta Dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizinin açılması Gürcüstanın izolyasiya olunmasına gətirib çıxaracaq:
"Oliqarx və Rusiyanın adamı B. İvanaşvilinin nəzarətində olan Gürcü Arzusu hökuməti nə Qərblə anlaşa, nə də regionda gedən siyasi proseslərlə ayaqlaşa bilir. Moskvadan gələn narrativlərlə hərəkət edir. Gürcü Arzusu hökuməti Cənubi Qafqazda Rusiyanın əsas dayağı kimi çıxış edir".
Politoloq qeyd edib ki, Azərbaycan üçün Gürcüstanın Rusiya ilə deyil, Qərblə əməkdaşlığı daha vacibdir:
"Amma, Gürcü hökuməti guya müstəqil siyasət apardığını elan edib. Ümumiyyətlə, bir ölkənin müstəqil və manevr siyasəti üçün onun iqtisadiyyatı və resursları olmalıdır.
Gürcüstan hökuməti, Rusiyanın təlimatı ilə hərəkət etməklə, 15 il ərzində formalaşmış demokratik sistemi dağıdır. Yaxın perspektivdə Gürcüstan şimal-Cənub və Şərq-Qərb marşrutundan tam məhrum olacaq. Çünki, Tiflisdə oturan hökumət Kremlin göstərişi ilə hərəkət edir".
Süleyman