
“Hindistan da bir qayda olaraq Fransa kimi hər zaman antiAzərbaycan mövqeyi nümayiş etdirərək Ermənistanın yanında yer alıb. Yeni Dehlinin bu ədalətsiz mövqeyini istər İkinci Qarabağ Müharibəsi zamanı, istərsə də ondan sonra açıq şəkildə müşahidə etdik. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətindəki atdığı addımlara qarşı olan Hindistan sonrakı mərhələdə işğalçı Ermənistanı silahlandırmaqdan belə çəkinmədi. Ona görə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasına Hindistanın veto qoyması təbiidir. Bu ölkə konkret olaraq Azərbaycana qarşı düşmən münasibət sərgiləyir”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri Hindistanın bu mövqeyinin həm Ermənistan sevgisi, həm də Pakistanla Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıqdan irəli gəldiyini söyləyib:
“Hindistan ehtiyat edir ki, Azərbaycanın təşkilata üzv olması ŞƏT-də Pakistanın tərəfdaşlarının sayının artmasına gətirib çıxarar. Eyni zamanda Hindistan təşkilatda Çinin mövqelərinin möhkəmlənməsindən də ehtiyatlanır. Çinlə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq ŞƏT-də Pekinin təsirinin artmasına gətirib çıxara bilər. Bu isə Hindistanın maraqları xaricindıdir. Ona görə də Hindistan bu çərçivədə yeni üzvlüyə qarşı çıxmaqla öz strateji mövqeyini qorumağa çalışır”.
Arzuman Muradlı qeyd edib ki, Hindistanın Azərbaycanın ŞƏT-ə üzv olmasına qarşı çıxması multilateral diplomatiyanın prinsiplərinə ziddir. Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının ruhu, təhsil, qarşılıqlı hörmət və bərabərlik dəyərləri ilə ziddiyyət təşkil edir.
Süleyman