Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səmərqənddə milli otel tikiləcək

Səmərqənddə milli otel tikiləcək


Özbəkistanın Səmərqənd şəhərində Sənətkarlıq Mərkəzi və milli otel tikiləcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bununla bağlı Səmərqənd vilayətinin qubernatoru vəzifəsini icra edən Adiz Boboyev Türkiyənin "Vertebra Studio" - Memarlıq və Dizayn Studiyasının rəhbərləri ilə görüş keçirib.

Söhbət zamanı şəhərsalma sahəsi, yeni binaların tikintisi sahəsində əməkdaşlıq, xüsusən də Səmərqənddə turistlər üçün Sənətkarlıq Mərkəzi və milli üslubda otelin tikintisi layihəsi ətrafında müzakirə edilib.

Şəhərin iqlim şəraiti və milli adət-ənənələri nəzərə alınmaqla bu layihənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş