
2024–2025-ci tədris ilində İsmayıllı rayonunda təhsil sahəsində yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib.
Newscenter.az Rayon İcra Hakimiyyətinə istinadən bildirib ki, rayon üzrə 535-dən artıq şagird tələbə adını qazanaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Onlardan 30 nəfəri 600-dən, 86 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Ən yüksək nəticəni İsmayıllı şəhər N. Behdiyev adına 6 saylı tam orta məktəbin məzunu Həsənli Osman Rahim oğlu göstərib. O, 673.8 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olunub.
Uğur qazanmış gəncləri, onların müəllimlərini və valideynlərini səmimi-qəlbdən təbrik edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahifd Baöırov, "Doğma Vətənimizin daha da qüdrətlənməsi yolunda möhkəm iradə və gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Təhsil hər bir ölkənin və rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Təhsil millətin gələcəyidir.” Bu gün ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təhsilimiz daim inkişaf edir. Sevinirəm ki, məhz sizin kimi istedadlı gənclərin uğurları nəticəsində İsmayıllı təhsili hər zaman ön sıralarda dayanır",-deyə bildirib.
Ruhiyyə Mehdiyeva