
Qanunsuz qumar biznesi təşkil etməkdə şübhəli bilinən keçmiş hüquq-mühafizə orqanının əməkdaşı Türkiyədən ekstradisiya edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Şübhəli transmilli mütəşəkkil cinayətkar qruplaşmada iştirak, qanunsuz qumar biznesi təşkil etmək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmaq üçün Türkiyə Respublikasından ekstradisiya edilib.
İstintaqın məlumatına görə, şübhəli şəxs 2015-2016-cı illərdə Şərqi Qazaxıstan vilayətinin dövlət orqanlarından birində rəhbər vəzifədə çalışarkən qumar biznesində qanunsuz fəaliyyətə himayədarlıq etdiyinə görə sistematik olaraq pul mükafatları alıb.
Cinayəti törətdikdən sonra o, gizlənib və 7 il beynəlxalq axtarışda olub.
2024-cü ilin yanvar ayında axtarışda olan vətəndaş Qazaxıstan Respublikasının Baş Prokurorluğunun tələbi ilə Türkiyənin İzmir şəhərində saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunaraq ölkəyə ekstradisiya edilib.
Anar Əliyev












































