
"İtaliya-Azərbaycan münasibətləri Avropa məkanında nümunə olacaq əlaqələrdir. Əbəs yerə deyildir ki, Azərbaycan və İtaliya hərtərəfli strateji müttəfiqdirlər".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O deyib ki, bu, Avropa İttifaqı ölkələri arasında xüsusi xarakter daşıyır:
"Azərbaycan dövlətinin etibarlı tərəfdaş statusunu ilk qəbul edib, onunla yaxından əlaqə yaradan ilk Avropa ölkələrindən biri İtaliyadır. İlk növbədə iqtisadi əlaqələrin inkişafı baxımından iki ölkə hərtərəfli səylər göstərir. Azərbaycan İtaliyanın enerji təminatında mühüm rol oynayır. Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyanın enerji sistemi üçün lazımi infrastrukturdur".
Azər Qasımov qeyd edib ki, İtaliyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə Azərbaycandan “yaşıl enerji”nin təchiz edilməsinə marağı ifadə edilir:
"İki ölkə humanitar sahədə də əməkdaşlıq edir. Universitetin açılmasının ölkələrin hərtərəfli inkişafında mühüm rol oynayacağı şübhəsizdir. Aİ ilə Azərbaycanın əlaqələrinin inkişafı üçün də İtaliyanın rolu böyükdür".
Süleyman











































