
Son illər Özbəkistanda həyata keçirilən islahatlar nəticəsində ali məktəblərimizin sayı 77-dən 202-yə çatıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirzoyoyev deyib. O bildirib ki, nəticədə tələbələrin sayı 250 mindən 1,5 milyona yüksəlib:
"Gənclərin ali məktəblərə daxil olma imkanları artırılıb. Bu təhsil müəssisələrində dərs deyən müəllimlərin maaşları xeyli artırılıb.
Xüsusilə diqqətəlayiq haldır ki, müəyyən elm sahəsində tədqiqatlar aparan və konkret nəticələr əldə edən alimlərimizin əsas hissəsini professorlar təşkil edir".
Süleyman