
Özbəkistanda cari ilin sentyabr ayında inflyasiya 0,6 faiz təşkil edib.
Newscenter.az Özbəkistan Mərkəzi Bankına istinadən bildirir ki, ilin əvvəlindən isə inflyasiya 5,1 faiz olub.
İnflyasiyanın artımında əsas pay ərzaq məhsulları (+0,9%), qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım (+0,3%) isə faiz təşkil edib.
Məlumat üçün bildirək ki, 2025-ci ilin əvvəlində Özbəkistan Mərkəzi Bankı 2025-ci il ərzində respublikada inflyasiyanın 7-8% səviyyəsində olacağını açıqlamışdı.2025-ci ilin may ayında enerji qiymətlərindəki artımdan sonra S&P beynəlxalq reytinq agentliyi respublikada inflyasiyanın 10,1% olacağı proqnozunu vermişdi.
Anar Əliyev