
"Vladimir Zelenskinin Rusiya tərəfinin Avropa ölkələrinə pilotsuz təyyarələr buraxdığı barədə iddialarına əsaslanaraq, Baltik dənizini rus tankerləri üçün bağlamaq mümkün deyil".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Polşa prezidenti Karol Navroçki deyib. O, “Radio Zet”in efirində bildirib ki, biz ordumuzdan təhlil gözləyirik:
"Belə qərarlar prezident Zelenskinin sözlərinə əsaslanaraq qəbul edilmir, çünki bu, konkret sosial və iqtisadi nəticələrə gətirib çıxaracaq".
Qeyd edək ki, sentyabrın 28-də ukraynalılara müraciətində prezident Volodimir Zelenski heç bir sübut təqdim etmədən Rusiyanın Baltik dənizindəki neft tankerlərini Avropa ölkələrinə hücumlar üçün pilotsuz uçuş aparatları ilə təchiz etdiyini iddia edib.
Mehman Mehdiyev