Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya 20 yaşayış mıntəqəsini ələ keçirib

Rusiya 20 yaşayış mıntəqəsini ələ keçirib


Rus qoşunları sentyabrda 20 yaşayış məntəqəsini ələ keçirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrda “Vostok” qruplaşması öz məsuliyyət zonasında Donetsk Xalq Respublikasından ərazilərin azad edilməsini başa çatdırıb. Ən çox yaşayış məntəqəsi DXR-də Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib, ardınca Dnepropetrovsk və Zaporojya vilayətində ərazilər Rusiya ordusu tərəfindən tutulub.

DXR-də Cənub Qüvvələr Qrupu Fyodorovka, Markovo, Pereyezdnoye, Mayskoye və Seversk-Malı, Qərb qrupunun bölmələri isə Derilovo, Kirovsk və Şandriqolovo şəhərlərini ələ keçirib.

Mehman Mehdiyev

Xəbəri paylaş