
"Qətər dünya əhəmiyyətli təbii qaz yataqları ilə zəngindir. Bununla bərabər Yaxın Şərqdə müəyyən söz sahibinə malikdir. Məhz Qəzza münaqişəsinin həllində vasitəçi və HƏMAS-ın liderlərinə sahiblik edir. ABŞ-ın Qətər dövlətinə təhlükəsizlik orderi verməsi, bu ölkəyə qarşı hücumlar məhz Amerikaya qarşı hücum kimi qəbul ediləcək".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, bunu ABŞ-ın Yaxın Şərqdə hərbi və siyasi mövqeyini gücləndirməklə yanaşı, yeni hərbi əməliyyatlar aparmasına hazırlıq kimi də qiymətləndirmək olar:
"Qətər Qəzza planında D. Trampa dəstək verdi. Həmçinin onun növbəti mərhələdə İbrahim sazişinə qoşulması mümkündür. Qətərdən İsrailə və oradan Aralıq dənizinə qaz kəməri çəkiləcək. İkinci Qaz kəməri Suriya ərazisindən keçməklə Türkiyə üzərindən Avropaya uzanacaq. Qətərin təhlükəsizliyi və müdafiəsi üçün ABŞ prezidenti qollarını cırmaladi. Həmçinin Səudiyyə Ərəbistanının Qətərə mümkün təzyiqlərini neytrallaşdırır. Çünki, Pakistanla Səudiyyə Ərəbistanı arasında nüvə anlaşması Vaşinqtonu narahat edir. Eyni zamanda İranın Qətər dövləti ilə körfəzdə bir neçə qaz yataqlarına nəzarət etmək üçün problem qalmaqdadır. Ona görə də Qətərin təhlükəsizliyi ABŞ tərəfindən qarantiya alınır".
Süleyman












































