
Türkiyənin xarici işlər naziri Hakan Fidan qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə telefonla danışıb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Fidan Koşerbayevi yeni təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Söhbət zamanı ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regionda və dünyada baş verən proseslər də müzakirə edilib.
Mehman Mehdiyev











































