
Türkiyənin İstanbul şəhərində Qəzzaya dəstək yürüşü keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, yürüş 5 oktyabrda, "Azadlığa gedirik" çağırışı ilə baş tutacaq. Yürüş Ayasofya məscidindən Eminönü meydanına qədər davam edəcək. Yürüşdə on minlərlə şəhər əhalisinin iştirak edəcəyi gözlənilir.
Aksiyanın təşkilatçıları vətəndaşları yürüşdə aktiv olmağa çağırıblar.
Mehman Mehdiyev