Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml Əsədin fiziki yoxluğunda maraqlı ola bilər

Kreml Əsədin fiziki yoxluğunda maraqlı ola bilər


"Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Moskvada zəhərlənməsi ilə bağlı əsas sual budur: Onu kimlər və nə məqsədlə zəhərləmək istəyib? Rusiyanın kəşfiyyat strukturları Kremlin hədəf seçidiyi insanları zəhərləmək təcrübəsinə malikdir. Rusiyanın xüsusi xidmət strukturları ölkə içində və xaricində müvafiq əməliyyatlar keçiriblər. Ancaq məsələ burasındadır ki, zəhələnənlər Kremlə müxalif olan şəxslər idi. Bəşər Əsəd isə Kremlin siyasi sığınacaq verdiyi və illərlə onu dəstəklədiyi şəxsdir. İlk baxışdan Kremlin onu zəhərləməsi məntiqi görünmür. Suriyada hakimiyyəti ələ keçirən qüvvələrin də Əsədi zəhərləmək imkanı yoxdur".

Newscenter.az xəbər verir ki, bunları politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, buna baxmayaraq, Əsəd Kremlə maneədir:

"Rusiya hakimiyyəti Bəşər Əsədə və onun ailəsinə Rusiya ərazisində sığınacaq versə də, Kreml Suriyada Əsədi devirən Əş-Şaraa hakimiyyətiylə dialoq qurub və əməkdaşlığı genişləndirmək istəyir. Elə bu gün Suriyanın Baş Qərargah rəisi, general-mayor Əli əl-Naasanın rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya səfər başlayıb, müxtəlif görüşlər planlaşdırılır. Kremlin Əş-Şaraa ilə yaxşı münasibətləri Rusiyaya bu ölkədə hərbi bazalarını saxlamağa imkan verir".

Politoloqun sözlərinə görə, Kreml bu səbəbdən Əsədə tapşırıb ki, Suriyanın yeni hakimiyyətinə qarşı açıqlama və ya bəyanat verməsin:

"Ancaq Əş-Şaraa Moskvanın Əsədi və onun ailə üzvlərini törətdikləri cinayətlərə görə Suriyaya təhvil verilməsini istəyir. Əş-Şaraanın bu istəyini yerinə yetirməyən Kreml eyni zamanda Əsədin fiziki yoxluğunda da maraqlı ola bilər".

Anar Əliyev
Xəbəri paylaş