
Qazaxıstanda Telegram-ın süni intellekt laboratoriyası açılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, Telegram messencerinin təsisçisi Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışında iştirak edib.
Pavel Durov “Digital Bridge 2025” beynəlxalq forumunun plenar iclasına da qatılıb. Görüş keçmiş “Nur Alem” pavilyonunda keçirilib. Hansı ki, həmin məkanda indi Alem.ai süni intellekt mərkəzi yaradılıb.
"Bir il əvvəl biz Qazaxıstanda regional ofisimizi açdıq. Bu gün onun işinin nəticələrindən razıyıq. Bu gün biz Alem.ai binasında ixtisaslaşdırılmış süni intellekt laboratoriyasını açırıq. Bu, Telegram və Qazaxıstan Superkompüter Klasterinin birgə layihəsidir", - deyə Durov bildirib. Onun sözlərinə görə, yeni texnologiyadan bir milyarddan çox insan istifadə edə bilər.
Mehman Mehdiyev












































