Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan üçün böyük əhəmiyyətə malik tarixi gün

Azərbaycan üçün böyük əhəmiyyətə malik tarixi gün



Azərbaycan tarixində çox əlamətdar günlər var. Bu gün ölkəmizin beynəlxalq arenada böyük nüfuza və söz sahibinə çevrildiyinin şahidiyik. Unutmaq olmaz ki, belə bir nüfuza sahib olmanın əsası xalqımızın 1993-cü il oktyabrın 3-də etdiyi seçimlə qoyulub.

1993-cü il 3 oktyabr - Azərbaycan üçün böyük əhəmiyyətə malik olan tarixi bir gün. Bu gün Azərbaycan xalqının müqəddəratının müəyyən edildiyi gün kimi tarixə yazıldı. Ulu öndərimiz 98 faizdən çox səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildi. Təbii ki, xalqımız Heydər Əliyevin liderlik bacarığına, yüksək nüfuzuna və möhkəm siyasi iradəsinə inanaraq bu seçimi etdi. Nəzərə alsaq ki, o zamanlar ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, çətin və böhranlı bir dövrdə ölkəmizə sahib çıxa biləcək şəxs yalnız bu keyfiyyətlərə malik olmalı idi. Hər zaman xalqına və dövlətinə layiqincə xidmət göstərən Ulu Öndərin rəhbərlik etdiyi dövrdə gördüyü işlər əvəzsizdir. Bu işlərin sayəsində Azərbaycan beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevrildi. Şəxsi nüfuzundan istifadə edərək böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmağa inandırdı və nail oldu. 1994-cü il 20 sentyabrda neft kontraktlarının imzalanması Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. “Əsrin müqaviləsi” ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmlətdi. Məhz bu sazışdən sonra Azərbaycan dünya çapında neft ölkəsi olaraq tanınmağa başladı.

Ulu Öndər dünyada da bənzəri olmayan şəxsiyyətlərdən biridir.

Heydər Əliyev xalqımızın yaddaşında və qəlbində xilaskar dövlət xadimi, Ümummilli Lider, xalqın sevgisini qazanmış Ulu Öndər kimi qalıb. Onun əziz xatirəsi Azərbaycanı həqiqətən sevən hər bir vətəndaşının qəlbində əbədi yaşayır və yaşayacaq!



Ruhiyyə Mehdiyeva

“Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədr müavini
Xəbəri paylaş