Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun əldə etdiyi mühüm strateji uğurlardan biri idi

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun əldə etdiyi mühüm strateji uğurlardan biri idi


“Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ Müharibəsi zamanı əldə etdiyi ən mühüm strateji uğurlardan biri Cəbrayılın işğaldan azad edilməsi idi. Cəbrayılın Azərbayan Ordusu tərəfindən işğaldan azad ediməsinin mühüm əhəmiyyəti vardı. Xüsusilə, bu hadisə hərbi baxımdan Silahlı Qüvvələrimiz üçün böyük əhəmiyyət kəsb edirdi”.

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, Ermənistan Silahlı Qüvvələri 1993-cü ildən bəri Cəbrayılı işğal altında saxlayırdı:

“44 günlük müharibənin ilk günlərində Azərbaycan Ordusu bu bölgəni uğurla azad edərək, həm yaşayış məntəqəsini, həm də ətraf yüksəklikləri nəzarət altına aldı. Cəbrayılın işğaldan azad edilməsi strateji mövqe baxımından çox önəmli idi. Çünki bu ərazi Azərbaycan-Ermənistan sərhədinə yaxın yerləşir. Onun azad olunması Azərbaycan ordusuna Zəngilan, Qubadlı və Laçın istiqamətində irəliləməyə imkan yaratdı. Digər tərəfdən nəzərə alsaq ki, Cəbrayıl rayonu raz çayı boyunca uzanır. Bu baxımdan çay boyu irəliləmək Azərbaycan üçün logistika və nəqliyyat baxımından da önəmli idi. Cəbrayılın azad olunması ilə Zəngilan, Qubadlı və Hadrut istiqamətində hücum əməliyyatları asanlaşdı. Eyni zamanda o zamanki Laçın dəhlizinə yaxınlaşmaq üçün strateji koridorlar açıldı. Ermənistanın bu istiqamətdə məğlubiyyəti onun ordusunun geri çəkilməsinə və mövqelərini itirməsinə səbəb oldu. Çünki bununla Ermənistan ordusunun logistika və komanda idarəetməsi çətinləşdi”.

İlham Məmmədov deyib ki, 27 il sonra ilk dəfə əldə edilən böyük qələbə və bir rayon mərkəzinin azad olunması həm cəmiyyətə, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın üstünlüyünü göstərdi:

“Paralel olaraq Azərbaycan cəmiyyətində ruh yüksəkliyi, qələbəyə inamı artırdı. Məhz bu ruh yüksəkliyi və Azərbaycan Ordusunun sonrakı mərhələdə bir-birinin ardınca əldə etdiyi uğurlar bizi qələbəyə yaxınlaşdırdı və nəticə etibarilə tarixi zəfərə imza atdıq”.

İlham Məmmədov qeyd edib ki, bu gün hər bir işğaldan azad olunmuş şəhər və rayon kimi Cəbrayıl da sürətlə yenidən qurulur, abadlaşır və öz sakinlərini qarşılayır:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa nəzarəti altında Cəbrayılda həyata keçirilən quruculuq-abadlıq işləri Cəbrayılın simasını dəyişir, ona yeni nəfəs verir. Erməni vandallarının işğal illərində Cəbrayılda törətdikləri vəhşiliklərdən əsər-əlamət qalmayır”.

Süleyman
Xəbəri paylaş