Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay ən yüksək qiymət artımı ali məktəblərin təhsil haqqında olub

Keçən ay ən yüksək qiymət artımı ali məktəblərin təhsil haqqında olub


İstehlak qiymətlərinə əsasən, sentyabrda ən yüksək qiymət artımı 61,67 faizlə universitet təhsilində, ən çox ucuzlaşma isə 17,29 faizlə sərnişin daşımalarında qeydə alınıb.

Newscenter.az
xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb. Bildirilib ki, universitetlərin təhsili haqqı artımını 36,62 faiz ilə digər yaşayış xidmətləri üstələyib. Sonrakı qiymət artımı 19,84 faiz ilə yumurtada qeydə alınıb.

Sentyabr ayında ən çox qiymət artımı qeydə alınan digər məhsullar arasında təzə balıq 19,16 faiz, avtobus daşımaları 13,45 faiz, təzə tərəvəz (kartof istisna olmaqla) 11,95 faiz, toyuq əti 11,82 faiz olub.

Hesabat dövründə ən çox qiymət azalması 17,29 faiz azalma ilə hava sərnişin daşımalarında baş verib. Bunu 5,75 faizlə tibbi sığorta, 5,29 faizlə ev heyvanları məhsulları, 3,94 faizlə digər məişət təmizlik ləvazimatları (qab-qacaq süngərləri və zibil torbaları) və 2,59 faizlə şəhərlərarası avtomobil nəqliyyatı ilə sərnişin daşımaları izləyib.

Mehman Mehdiyev
Xəbəri paylaş