
MDB Müdafiə Nazirləri Şurası yanında Hava Hücumundan Müdafiə Məsələləri üzrə Koordinasiya Komitəsinin növbəti - 62-ci iclası 2026-cı ilin aprelində Özbəkistanda keçiriləcək.
Newscenter.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu qərarı Koordinasiya Komitəsi sədrinin müavini, Aerokosmik Qüvvələrin baş komandanının silahlanma üzrə müavini general-polkovnik Yuri Qrexov komitənin 61-ci iclasında açıqlayıb.
"Özbək həmkarlarımızın dəvəti ilə biz komitənin növbəti iclasını 2026-cı ilin aprelində Daşkənddə keçirməyi planlaşdırırıq. Mən görüş iştirakçılarına səmərəli fəaliyyətlərinə görə təşəkkür etmək istərdim", - deyə Yuri Qrexov bildirib.
Qeyd edək ki, builki toplantı ilk dəfədir ki, Udmurtiyada keçirilir.
Süleyman












































