
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkin mövsümündə bölgəyə 7 model üzrə 27 ədəd müasir traktor gətirib.
Newscenter.az xəbər verir ki, fermerlər bu texnikaları həm nağd ödəniş, həm də lizinq şərtləri ilə əldə edə bilərlər.
Satışə "Naxçıvan Aqroservis" ASC həyata keçirir.
"Yeni texnikaların istifadəsi əkin sahələrində işlərin daha sürətli, keyfiyyətli, səmərəli həyata keçirilməsinə şərait yaradır. Bu, həm vaxta və vəsaitə qənaət deməkdir, həm də məhsuldarlığın artmasına mühüm töhfədir," – deyə səhmdar cəmiyyətinin ədri Cavid Ağaməliyev bildirib.
O əlavə edib ki, son iki ildə fermerlərə ümumilikdə 21 model üzrə 99 kənd təsərrüfatı texnikası satılıb. Bu texnikaların ümumi dəyəri təxminən 3 milyon manatdır.
2023-cü ildə muxtar respublikada kənd təsərrüfatı texnikalarının lizinq mexanizmi hazırlanıb, lakin müvəkkil kredit təşkilatının müəyyən olunmaması səbəbindən tətbiq edilməyib. Artıq bu istiqamətdə zəruri işlər görülüb və fermerlər texnikaları lizinq əsasında da əldə edə bilirlər. Gələcəkdə fermerlərin artan tələbatı nəzərə alınaraq, muxtar respublikaya daha çox sayda müasir kənd təsərrüfatı texnikasının gətirilməsi planlaşdırılır.
Süleyman