Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda 50 ildən çox olan istifadə edilən avtomobillərə qadağa qoyulacaq

Özbəkistanda 50 ildən çox olan istifadə edilən avtomobillərə qadağa qoyulacaq


Özbəkistanın Daxili İşlər Nazirliyi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş yeni proseduru nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istnadən bildirir ki, layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən istismar müddəti 50 və daha yuxarı olan avtonəqliyyat vasitələrinin istifadəsi və yenidən qeydiyyata alınması qadağan ediləcək.

Onlar dövlət qeydiyyatından çıxarılacaq. Yalnız “antik” statuslu avtomobillər ödənişdən azad ediləcək.

Həmçinin, ümumi çəkisi 44 tondan çox olan avtonəqliyyat vasitələri və açıq mədənlərdə işləyən yük avtomobilləri üçün ayrıca dövlət nömrə nişanının tətbiqi təklif edilir.
Sənəd yol hərəkəti təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra əlavə təşəbbüsləri də nəzərdə tutur.

Süleyman
Xəbəri paylaş