
Özbəkistanın bütün hava limanları beynəlxalq ICAO kod sistemində yeni identifikatora — UZ-a keçib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə “Uzaeronaviqasiya” mərkəzi məlumat yayıb.
Məlumatda bildirilib ki, bundan sonra ölkənin hava limanlarının kodları əvvəlki kimi UT ilə deyil, UZ ilə başlayacaq. Məsələn, Daşkənd Beynəlxalq Hava Limanının kodu UTTT əvəzinə UZTT olacaq.
Qeyd edək ki, ICAO BMT-nin nəzdindəki Beynəlxalq Mülki Aviasiya Təşkilatıdır və hər bir ölkə üçün unikal aeroport kodları təyin edir. Kodlar qlobal aviasiya sistemində aviasiya təhlükəsizliyi, uçuşların koordinasiyası və naviqasiyası üçün mühüm texniki bazalardan biridir.
Süleyman