
Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 23 875 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 13 500 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 5 699 müraciət daxil olub.
Newscenter.az xəbər verir ki, BŞTİ-yə 3 586 sənəd (vətəndaşlar tərəfindən 1 119 ərizə, Elm və Təhsil Nazirliyindən 701, digər qurumlardan 309, tabelikdə olan təhsil müəssisələrindən 1 044 məktub və 413 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 090 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.
Ruhiyyə Mehdiyeva