Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Komissiyasının rəhbərinə etimadsızlıq

Avropa Komissiyasının rəhbərinə etimadsızlıq


Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenin də daxil olduğu Avropa Parlamentində (AP) Avropa Xalq Partiyasının (EPP) üzvləri onun siyasətindən narazıdırlar.

Newscenter.az TASS-a istinadən bildirir ki, partiya üzvləri ona qarşı etimadsızlıq səsverməsi keçirə bilərlər. Hətta bu səsvermə partiya ilə yanaşı Avropa Parlamentində də baş tuta bilər.

Məlumata görə, “Politico” nəşri də partiyadakı mənbələrə istinadən bu barədə məqalə dərc edib.

Adı açıqlanmayan partiyanın avroparlamentdə təmsil olunan üzvü qəzetə deyib ki, partiyada çoxluq Ursula fon der Leyenin fəaliyyətindən narazıdır.

Nəşr vurğulayır ki, Avropa Komissiyasının rəhbəri üçün yığılmış suallar fon der Leyenin etimadsızlıq səsləri ilə üzləşməsinə səbəb ola bilər.

Məlumata görə, Avropa Parlamenti oktyabrın 6-dan 9-dək keçiriləcək plenar iclasında Avropa Komissiyasının rəhbərinə etimadsızlıq barədə iki təklifi müzakirə edəcək və səsverməyə çıxaracaq.

Mehman Mehdiyev
Xəbəri paylaş