
Gürcüstan, Ermənistan və Azərbaycan öz dövlətçiliyini məhv etməyə çalışan Avropa İttifaqı və Avropa kəşfiyyat orqanlarının çəpərindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib. O, Gürcüstanda bələdiyyə seçkiləri fonunda Tbilisidə baş verən iğtişaşları şərh edərkən bunları səsləndirib:
"Onlar üçün (Avropa İttifaqı və Avropa kəşfiyyat agentlikləri) istənilən postsovet dövləti məhvetmə elementidir, mövcud bəşəri dəyərlərin və dərin tarixi köklərin aşınmasıdır.
Avropa İttifaqı hazırda yol ayrıcında olan digər ölkələrə qarşı da oxşar siyasət aparır".
Mehman Mehdiyev












































