Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan sabah Azərbaycana gəlir

Ərdoğan sabah Azərbaycana gəlir


"Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak etmək üçün 2025-ci il oktyabrın 7-də Azərbaycana səfər edəcək".

Newscenter.az xəbər verir ki, bunu X platformasında Türkiyə Prezidentinin İnformasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran yazıb.

“Regional Sülh və Təhlükəsizlik” mövzusunda keçiriləcək sammitdə Türk Dövlətləri Təşkilatının institusional strukturunun gücləndirilməsi və təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində səylər nəzərdən keçiriləcək. Müxtəlif sənədlərin və qərarların, o cümlədən Qəbələ Bəyannaməsinin qəbulu gözlənilir.

Prezidentin sammit çərçivəsində Dövlət Başçıları Şurasının iclasında iştirakı və iştirakçı dövlət və hökumət başçıları ilə görüşləri nəzərdə tutulub",-deyə Duran bildirib.

Süleyman
Xəbəri paylaş