Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fazil Mustafaya sui-qəsdlə bağlı daha bir məhkəmə işi başlayıb

Fazil Mustafaya sui-qəsdlə bağlı daha bir məhkəmə işi başlayıb


Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun məhkəməsi başlayıb.

Newscenter.az bildirir ki, "Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.

Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham verilib.

O, DTX-də başlanılmış cinayət işi üzrə bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.
Xəbəri paylaş