Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan millisinə yeni baş məşqçi təyin edilib

Özbəkistan millisinə yeni baş məşqçi təyin edilib


Oktyabrın 6-da Özbəkistan milli komandasına baş məşqçi təyinatı olub.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, 2006-cı il dünya çempionatının qalibi və "Qızıl top"un sahibi Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin olunub.

Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti də məlumatı tsdiqləyib.

"Özbəkistan Futbol Assosiasiyası üçqat dünya çempionatının iştirakçısı, 2006-cı il dünya çempionatının qalibi, yaxın keçmişin ən yaxşı müdafiəçilərindən biri, tanınmış mütəxəssis Fabio Kannavaro ilə müqavilə imzalayıb. İtaliyalı məşqçi komandamızı ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına hazırlayacaq", - deyə məlumatda qeyd edilir.

İndiyədək Özbəkistan millisinə Timur Kapadze rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda Mərkəzi Asiya Futbol Assosiasiyasının (CAFA) təşkil etdiyi CAFA Nations Cup 2025 turnirinin çempionu olub.

Qeyd edək ki, Fabio Kannavaro məşhur italyan futbolçu və məşqçidir. 1973-cü ildə Neapolda anadan olan idmançı tarixin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında İtaliya millisinin kapitanı kimi çempionluq qazanıb, elə həmin il “Qızıl top”un sahibi olub. Karyerası ərzində "Parma", "İnter", "Yuventus" və "Real Madrid" kimi klublarda çıxış edib. 2011-ci ildə təqaüdə çıxıb.

Anar Əliyev
Xəbəri paylaş