
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təyyarəsi Qəbələyə yola düşüb.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə oktyabrın 6-da Azərbaycan Respublikasına işgüzar səfərə gedib. Özbəkistanın dövlət başçısı Türk Dövlətləri Təşkilatının növbəti sammitinin əsas tədbirlərində iştirak edəcək.
“Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən görüşün gündəliyinə prioritet istiqamətlər üzrə çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri daxildir.
Sammitin yekununda təşkilat ölkələri arasında praktiki əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş bir sıra sənədlər qəbul ediləcək.
Süleyman