
Özbəkistanın türk dövlətləri ilə ticarət dövriyyəsi son altı-yeddi ildə iki dəfə artıb.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb. Bildirilib ki, Qazaxıstanla səkkiz il ərzində cəmi 2 milyard dollar olan ticarət ötən il 4,2 milyard dollara çatıb.
Türkiyə ilə bu dövriyyə 1,5 milyard dollardan 3 milyard dollara yüksəlib. Azərbaycan və Qırğızıstanla ticarət dövriyyəsində də əhəmiyyətli artıma nail olunub.
Süleyman










































