Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TDT çərçivəsində hər toplantı Türk dünyasının bir addım irəli getməsi anlamına gəlir

TDT çərçivəsində hər toplantı Türk dünyasının bir addım irəli getməsi anlamına gəlir


TDT-nın Türk dünyası üçün bir dayaq nöqtəsi, özünütəsdiq yeri olduğu şübhəsizdir. Əsrlərlə imperiyslar yaratmış və idarə etmiş bir irqin indiki davamçılarının tarixi sələflərindən örnək alıb bir təşkilat altında birləşməsi onların gələcəyə yönəlik planlarının tərkib hissəsidir. Ayrı-ayrılıqda yüz ildən artıq bir müddətdə əzilən, işğala məruz qalan Türk dövlətləri yeni dünya düzənində öz layiqli yerlərini almaq üçün TDT-da birləşdi. Artıq onlar bir-birilərinə arxayın olub dövlətlərinin maraqlarını daha güclü və rahat şəkildə qoruya bilirlər.

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Türk dünyası liderlərinin TDT çərçivəsində hər yığıncağı Türk dünyasının bir addım irəli getməsi anlamına gəlir:

"Ortaq əlifba, ortaq hərbi birləşmələr bu təşkilatın addım-addım inkişafının nəticəsidir. Azərbaycanın qədim şəhəri Qəbələdə TDT-nın Zirvə görüşünün keçirilməsi də əvvəlki ənənələrindən kənarda qalmayacaq. Bu görüşdə tarixi qərarların alınması ehtimalı böyükdür. Hesab edirəm ki, TDT-nın idarəetmə strukturlarının yaradılması, ortaq qanunların hazırlanması üçün zaman yetişib. TDT-nın sözdən real və ciddi hərəkətə keçməsi lazımdır. TDT NATO-nun yaradılmasını artıq gecikdirmək olmaz. Vahid əlifba ilə ortaq universitetlərin açılması, TDT dövlətlərinin mərkəzi şəhərlərində təşkilatın ofisinin, idarəetmə mərkəzlərinin təşkili lazımdır.

TDT-nın Türk dövlətlərinin idarəçilik strukturlarına ümumi inteqrasiyasının yolları müzakirə edilib tapılmalıdır".

Süleyman
Xəbəri paylaş