
Türkiyədə kütləvi zəhərlənmə baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Siirtdə tələbələr arasında qeydə alınıb.
Məlumata görə, Siirtdə yataqxanada qalan 119 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Tələbələr müalicə olunduqdan sonra evə buraxılıblar. Tələbələrin yataqxanada yemək yedikdən sonra zəhərləndikləri bildirilir.
Yataqxanaya gətirilən qidalardan götürülən nümunələr yoxlanılmaq üçün müvafiq qurumlara təqdim edilib. Faktla bağlı araşdırma aparılır.
Mehman Mehdiyev