Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Türkiyənin Ukrayna nizamlanması ilə bağlı mövqeyinə yenidən baxacağını gözləyir

ABŞ Türkiyənin Ukrayna nizamlanması ilə bağlı mövqeyinə yenidən baxacağını gözləyir


ABŞ Türkiyənin Ukrayna nizamlanması ilə bağlı mövqeyinə yenidən baxacağını gözləyir.

Newscenter.az RİA Novostiyə istinadən xəbər verir ki, bu fikri Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, professor, doktor Mehmet Seyfəddin Erol deyib.

Ekspertin sözlərinə görə, Türkiyə münaqişə başlayandan bəri regional sabitlik prinsiplərinə əsaslanan hərtərəfli və balanslaşdırılmış konstruktiv xarici siyasət yürüdür.
O qeyd edib ki, sentyabrın 25-də Ağ Evdə Trampın Ərdoğanla görüşü zamanı Amerika tərəfi Ankaranın regional proseslərə əhəmiyyətli təsirini tanıyıb.

Erolun fikrincə, Rusiya ilə Ukrayna arasında münaqişəni tez bir zamanda sona çatdırmağa çalışan ABŞ prezidenti “İstanbul prosesi”nin əhəmiyyətini və Türkiyənin bu prosesdə konstruktiv, neytral rolunu etiraf etməyə məcbur olacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş