Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda qanunsuz ov edən əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda qanunsuz ov edən əcnəbilərin sayı açıqlanıb


Azərbaycanda bu ilin 9 ayı ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumları nəzarət tədbirləri nəticəsində 122 nəfəri saxlayıb.

Newscenter.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən 10-u xarici ölkə vətəndaşıdır.

"Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Qanunsuz ov faktları ilə bağlı ümumilikdə 121 min 878 manat məbləğində cərimə tətbiq olunub", - o əlavə edib.
Xəbəri paylaş