Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moldovada türk dili kurs kimi tədris olunmağa başlayıb

Moldovada türk dili kurs kimi tədris olunmağa başlayıb


Moldova-Comrat Dövlət Universitetinin fakültələrində türk dili kurs kimi tədris olunmağa başlayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, universitetdə türk dili və ədəbiyyatının elmi üsullarla tələbələrə çatdırılması, magistr və doktorantların hazırlanması, Moldova ilə Türkiyə arasında təhsil diplomatiyasına töhfə vermək məqsədi ilə yaradılmış Türk dili və ədəbiyyatı kafedrası fəaliyyətini davam etdirir.

Bu çərçivədə universitetin İqtisadiyyat, Hüquq, Milli Mədəniyyət və Kənd Təsərrüfatı fakültələrində 2023-2024-cü tədris ilinin yaz semestrindən başlayaraq həftədə üç saat açılması nəzərdə tutulan seçmə türkcə kursları 28 mart 2024-cü il tarixli senat qərarı ilə təsdiq edilib.

Anar Əliyev
Xəbəri paylaş