Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçalanın otlaq problemləri müzakirə olunub

Neftçalanın otlaq problemləri müzakirə olunub


Millət vəkili Tənzilə Rüstəmxanlı Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalovla görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüş zamanı Neftçala rayonunda kənd təsərrüfatı sahəsində mövcud olan problemlər, o cümlədən agrosistem, örüş və otlaq sahələrinin vəziyyəti ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Tərəflər örüş və otlaq sahələrinin səmərəli istifadəsi, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin dəstəklənməsi, torpaqdan istifadədə yaranan çətinliklərin aradan qaldırılması və rayonda kənd təsərrüfatı infrastrukturunun gücləndirilməsi istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin, mövcud problemlərin həlli və dayanıqlı inkişafın təmin olunması üçün praktiki addımların atılmasının vacibliyi vurğulanıb.

Görüşün sonunda millət vəkili nazirliyin rəhbərliyinə seçicilərinin probleminə həssas yanaşdığı üçün təşəkkür edib.

Süleyman
Xəbəri paylaş