Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Onlayn kazinolar üçün cəza tətbiq olunacaq

Onlayn kazinolar üçün cəza tətbiq olunacaq




Qazaxıstanda onlayn kazinolar üçün cəza tətbiq olunacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Maliyyə Monitorinqi Agentliyi məlumat yayıb.

Agentlik onlayn kazinolar üçün cinayət cəzasının tətbiqini təklif edib,

Agentliyin sədr müavini Kayrat Bijanovun sözlərinə görə, cəza tətbiq edilməsə bəzi bloqçular insanları qumara cəlb etməkdən əl çəkməyəcəklər. O deyib ki, 37 bloggerdən 18-i inzibati cəzaya məruz qalıb.

"Onların çoxu qanunu təsadüfi deyil, sistemli şəkildə pozur. Bundan başqa, qumar oyunları ilə bağlı birbaşa cəzanın olmaması vəziyyəti daha da ağırlaşdırır. İnzibati cərimələr isə onların əldə etdikləri qazancla müqayisə oluna bilməz. Bununla bağlı biz təklif edirik ki, onlayn kazinolar üçün cinayət cəzası tətbiq edilsin", - deyə Bijanovbildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş