
İsrailin Qəzzaya hücumları nəticəsində ötən iki ərzində ölənlərin sayı 68 minə çatır.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2023-cü ilin oktyabrından etibarən Qəzzada 20 179 uşaq olmaqla 67 173 nəfər öldürülüb.
Açıqlamada qeyd olunub ki, İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən Qəzza zolağına hücumları nəticəsində 1701 tibb işçisi də həlak olub. Bu müddət ərzində yaralananların sayı 169 min 780 nəfər təşkil edib.
Bəyanatda həmçinin, hücumlar zamanı 362 tibb işçisinin İsrail ordusu tərəfindən saxlanıldığı vurğulanıb.
"Qəzzadakı 38 xəstəxanadan 25-i işlək vəziyyətdə deyil, qalan 13-ü isə qismən fəaliyyət göstərir. Qəzza zolağında 157 sağlamlıq mərkəzindən 103-nü dağıdıb, 54-ü isə qismən fəaliyyət göstərir",-deyə bildirilir.
Mehman Mehdiyev