
Əhalinin sosial müdafiəsini gücləndirmək və müəyyən hadisələri zamanı vətəndaşlara maddi yardım göstərmək məqsədilə Özbəkistanda birdəfəlik müavinətlər tətbiq edilib.
Newscenter.az xəbər verir ki, bu barədə ölkənin Milli Sosial Müdafiə Agentliyi məlumat yayıb. Bildirilib ki, belə ödənişlər arasında yeni doğulmuş uşaqlar üçün üçüncü ödəniş və dəfn müavinəti də var.
2025-ci ilin sentyabr ayında Milli Sosial Müdafiə Agentliyi tərəfindən ümumilikdə 40 min 611 vətəndaşa 47,9 milyard som məbləğində birdəfəlik müavinət ödənilib.
Qurumun məlumatına görə, 28 min 700-dən çox valideynə 25,6 milyard som məbləğində üçüncü ödəniş verilib. Həmçinin 11 min 800-ə yaxın vətəndaşa 22,3 milyard som məbləğində dəfn müavinəti ödənilib.
Məlumat üçün bildirək ki, hazırda uşağa verilən müavinət 893 min, dəfn pulu isə 1 milyon 884 min somdur.
Mehman Mehdiyev