
Türkiyədə zəncirvari qəza baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Diyarbəkirdə qeydə alınıb. Məlumata görə, Diyarbakır-Şanlıurfa yolunun Çölgüzeli məhəlləsində 6 avtomobil toqquşub.
Məlumatın ardından hadisə yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib. Qəzada yaralanan 12 nəfər təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Qəzanın səbəbləri araşdırılır.
Mehman Mehdiyev